Bu günü ömrüm boyu xatırlayacağam: “Qarabağ”ın futbolçusundan təsirli paylaşım
“Qarabağ” futbol klubunun üzvü Aleksey Kaşçuk, Ukrayna milli komandasında ilk dəfə forma geyinməsini həyatının ən yaddaqalan hadisələrindən biri olaraq dəyərləndirib. Publika.az-ın yazdığına görə, Kaşçuk bu barədə şəxsi “İnstaqram” hesabında paylaşım edib.
“Bu, ömrüm boyu xatırlayacağım bir andır. Ukrayna millisində debüt etmək və bu formanı geyinərək ölkəmi təmsil etmək mənim üçün böyük qürurdur. Dəstək və təbriklər üçün hamınıza təşəkkür edirəm, hələ çox işlərimiz var. Həmişə birlikdə, Ukraynaya eşq olsun!”, – deyə futbolçu bildirib.
Aleksey Kaşçuk, Azərbaycan liqasından çıxaraq Ukrayna milli komandasına seçilən ilk oyunçu olub. O, “mavi-sarılar”ın 2026/27 Millətlər Liqasında noyabr ayında baş tutan oyunlarında iştirak edib. Şimali İrlandiya ilə qarşılaşmada tam 90 dəqiqə, Gürcüstana qarşı isə 26 dəqiqə meydanda olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xankəndidə yenilənmiş stadionda ilk futbol oyunu başladı
Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun keçiriləcək
“PlayStation 5” istəyirdi, amma “Changan Q07” qazandı
Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib
“Mançester Yunayted” Poçettino üçün çarter təyyarəsi ayırdı
“Real” o mübarizəni qazanmağa yaxındır: Əli Barat bazada göründü
Messi Argentina millisinə yeni rolda qayıda bilər