BMT yeni dünya xəritəsini təsdiqlədi: ABŞ etiraz etdi
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, qitə və ölkələrin həqiqi ölçülərini daha dəqiq əks etdirən yeni dünya xəritəsinin istifadəsini genişləndirmək qərarına gəlib. Bu qərar, sentyabrın 4-də keçirilən səsvermədə 164 ölkənin dəstəyi ilə qəbul edilib. ABŞ bu sənədə qarşı çıxıb, 6 ölkə isə bitərəf qalıb.
Minval.info xəbər verir ki, XVI əsrdən bəri geniş istifadə olunan Merkator proyeksiyasının “Equal Earth” xəritəsi ilə əvəzlənməsi nəzərdə tutulur. Merkator xəritəsi, qütblərə yaxın əraziləri həqiqi ölçülərindən daha böyük, ekvatora yaxın əraziləri isə, xüsusilə Afrikanı, daha kiçik göstərir. Məsələn, ənənəvi xəritədə Qrenlandiya Afrika ilə təxminən eyni böyüklükdə görünür, halbuki Afrika Qrenlandiyadan təxminən 14 dəfə böyükdür.
“Equal Earth” proyeksiyasında Afrika, Cənubi Amerika və digər ekvatorial ərazilər real ölçülərinə daha uyğun göstərilir. Rusiya, Kanada, ABŞ və Avropa ölkələri isə Merkator xəritəsi ilə müqayisədə daha kiçik görünür. Yeni xəritə ölkələrin siyasi sərhədlərini və ərazilərini dəyişdirmir, dəyişiklik yalnız Yer kürəsinin müstəvi üzərində təsvir üsuluna aiddir.
Qətnamə məcburi xarakter daşımır, lakin dövlətləri, təhsil müəssisələrini, beynəlxalq təşkilatları, media və texnologiya şirkətlərini sahələri düzgün göstərən xəritələrdən istifadə etməyə çağırır. “Equal Earth” proyeksiyası yeni deyil, 2018-ci ildə yaradılıb və BMT indi onun istifadəsinin genişləndirilməsini dəstəkləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünya liderləri Türkiyədə: COP31 diplomatiya trafiği ilə davam edir
ABŞ-ın diplomatik səyləri fonunda Rusiya və Ukrayna arasında gərginlik artır
Estoniya Ukraynaya milyonlarla avro ayırır: Pullar nəyə xərclənəcək?
Dehlidə hava çirkliliyi "şiddətli" səviyyədə qalır
ABŞ-da casusluq skandalı: Ticaret naziri vəzifədən alınacaq?
ABŞ-da Demokratlar üstünlük əldə etdi