03.10.2026 - 16:56
BMT-nin yüksək vəzifəli şəxsi Qəzzədəki aclıqla bağlı çıxışı səbəbindən işdən azad edildi
Dünya 5 baxış

BMT-nin yüksək vəzifəli şəxsi Qəzzədəki aclıqla bağlı çıxışı səbəbindən işdən azad edildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) direktoru Ben Devis, Qəzzədəki aclıq və qıtlıq vəziyyətinə diqqət çəkdiyi üçün və İsraili tənqid etdiyi səbəbilə 26 illik vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Bu barədə Devis Fransanın AFP xəbər agentliyinə məlumat verib.

Minval.info xəbər verir ki, Devis, iyul ayında neytrallıq qaydalarını pozduğuna görə qərarın ona bildirildiyini qeyd edib. O, Romada yerləşən təşkilatın işçiləri tərəfindən təşkil olunan həftəlik səssiz etirazlara işarə edərək, “Məni Qəzzədəki aclıq və qıtlıq vəziyyətinə dair bu sayğı duruşlarını təşkil etməkdə ittiham etdilər” deyə bildirib.

Devis, may ayında yayımlanan və Qəzzədəki qida durumu ilə insan hüquqları hüququna fokuslanan bir hesabat səbəbilə də təşkilat rəhbərliyinin təpkisi ilə qarşılaşdığını vurğulayıb. Devis, “Hesabatın geri çəkilməsini istədilər. İnsani hüquqa hər hansı bir istinad etməmizə icazə verilmədi” ifadələrini işlədib.

FAO-nun baş direktoru Qu Donqyu, təşkilat işçilərinə xitab edərək, “Burada insan hüquqları oyunu oynamanıza icazə vermərik” deyib. O, Cenevrədəki BMT İnsan Hüquqları Yüksək Komissarlığını işarə edərək, “Əlbəttə insan hüquqları çox önəmlidir, lakin Cenevrədə insan hüquqları agentliyimiz var. Əgər maraqlanmaq istəyirsinizsə, ora gedin” deyə danışıb.

Qu, təşkilat içindəki siyasi tutumlara qarşı tədbir gördüyünü bildirib və “Bəzi yüksək səviyyəli üzvlər burada siyasi oyun oynadığında onları işdən çıxarıram… FAO konstitusiyasına əməl etməlisiniz… Lakin mən çox yumşaq bir insanam, o qədər çox insanı işdən çıxarmadım. Qanuna qarşı gələnlər olarsa, daha çox insanı çıxaracağam” deyə əlavə edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: