BMT-dən şok proqnoz: 2040-cı ilə qədər su qıtlığı təhlükəsi artır!
BMT-nin son proqnozlarına əsasən, 2040-cı ilə qədər dünyada su qıtlığı ciddi şəkildə artacaq. Suya olan tələbatın mövcud ehtiyatları təxminən 40% üstələyəcəyi gözlənilir.
Minval.info xəbər verir ki, hazırda dünya üzrə su mənbələrinin təxminən 60 faizi tükənmə təhlükəsi ilə üz-üzədir. Ən böyük riskin Şimali Afrika və Mərkəzi Asiya regionlarında olduğu, İspaniya, İtaliya və Portuqaliyada da ciddi su qıtlığının yaranacağı proqnozlaşdırılır.
Artıq bəzi ölkələr bu problemin təsirlərini hiss etməyə başlayıb. Moldovada anomal istilər səbəbindən Dnestr çayında suyun səviyyəsi kəskin azalıb və bu, ölkədə enerji və su təchizatı sahəsində fövqəladə vəziyyətin elan edilməsinə səbəb olub.
Mütəxəssislər iqlim dəyişikliyi, uzunmüddətli quraqlıqlar və su ehtiyatlarından səmərəsiz istifadə nəticəsində qlobal su böhranının daha da dərinləşəcəyini bildirirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
The Economist: Orta Doğuda abş-ın yerini Türkiyə tutacaq
Kanada ilə ABŞ arasında müharibə ehtimalı niyə istisna edilmir
Avropa Komissiyası Yunanıstana qarşı pozuntu prosedurlarına başlayıb
NATO baş katibi Ruttedən Avropa üçün ABŞ olmadan hərəkət etmə çağırışı
Hindistanda 'tarakan' hərəkatı seçki rəisinin istefasını tələb edir
Suriyanın tarixi əsərləri ABŞ-dan geri qaytarıldı