Blogerin resepti ilə popkorn hazırlamaq istədi, canından oldu
Blogerin resepti ilə popkorn hazırlamaq istəyən qız ağır xəsarətlər alaraq dünyasını dəyişib.
Bizimyol.info xarici KİV-ə istinadən xəbər verir ki, qızın 14 yaşı olub. O, 12 yaşlı rəfiqəsiylə, qeyri-adi yemək hazırlama üsülları ilə 7 milyondan çox izləyici kütləsinə sahib olan “Ms Yeah”in resepti əsasında popkorn hazırlamaq qərarına gəlib. Həmin video resept 2017-ci ildə yayımlanıb. Görüntülərdə bloger dəmir qabı, altına spirt lampası qoyaraq qızdırıb.

Lakin, qızlar bu reseptə daha bir element əlavə edib – spirtli içki. Onlar qarğıdalı dənələrinin üzərinə spirtli içki töküblər. Spirt lampası dəmir qabı qızdıraraq partladıb və alov qızların geyimlərinə keçərək onların ağır xəsarətlər almasına səbəb olub. Qızların birinin bədəni 96% , digərinin isə 13% yanıb. Rəfiqəsindən daha çox xəsarət alan qız dünyasını dəyişib.
Qeyd edək ki, bloger vəfat edən qızın ailəsinə təzminat ödəyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
