"Bizi göz görə-görə müharibəyə cəlb edirlər" - Ekspert SƏRT DANIŞDI
“Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinkenin “Azərbaycanın İranla sərhədini qorumaq lazımdır” açıqlaması beynimizi xeyli qarışdırdı. Açıq suallar var, ABŞ bizi dəstəkləyir fikrinə inanmaq üçün səmimiyyət yoxdur”.
Musavat.com xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli qeyd edib.
Siyasi şərhçinin sözlərinə görə, eyni güc ədalət və hüququ deyil, öz maraqlarını dəstəkləyir ki, burada da ciddi ikiüzlülük meydana çıxır – bizim problemimiz təkcə İran deyil, odur – Ermənistan işğalçıdır və 30 il ərzində, nə də indi ABŞ ona gözün üstdə qaşın var demir:
“Başqa bir nümunə – İsrail sevimli dostumuzdur, Qarabağ müharibəsində, qlobal lobbi sahəsində çox dəstək verir, lakin İsrail xarici işlər naziri Eli Kohenin azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı dediyi “Biz İrana qarşı birgə hərəkət etməliyik” açıqlaması diqqət çəkir. “Biz” – yəni kim?
Azərbaycan o mübarizədə necə iştirak edə bilər? Nədir bunun formatı, standartı? Axı bizi göz görə-görə müharibəyə cəlb edirlər.
Prezident İlham Əliyevin rəhbərliyinin ən böyük dəyəri strateji balans, güc mərkəzləri arasında koordinasiya olmayıbmı?
ƏLAQƏLİ
Quyruqlu uşaq iddiasından xilafət xülyasına: Azərbaycana dil uzadanlar kimlərdir?
40 ildir Yaxın Şərqdə ərəblərlə, Qərblə qafa tutan İranla nə müharibəmiz ola bilər axı?
İsrail dostumuzdur, qardaşımızdır, amma başımıza töküləcək mərmi yağışının qabağını necə alacağıq və ya kimdən, necə, hardan qorunacağıq?
Qorxuruqmu? – Əsla.
Milli təhlükəsizliyimizi qorumaq üçün daha sərt addımlara getməliyikmi? – Əlbəttə. Amma bunun standartı, ölçüsü, meyarı Ukraynanın getdiyi yol deyildi, deyil.
Hər halda Əliyevin strateji dühası Azərbaycanı həmişə qoruyub, xilas edib, ən azından gücləndirib”.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kıbrısda yeni təkliflərə Erhürmandan sərt reaksiya
Filippinlərdə vitse-prezident Duterte ittihamları rədd edir
Güney Azərbaycan Səhənd Partiyasından Azərbaycanla bağlı bəyanat
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər