"Bir ay sonra bitdi..." - Ayan
“Bizim vaxtımızda – 10 il əvvəl İnstaqram bu qədər məşhur deyildi. Son iki ildir İnstaqram aktivdir. İnstaqram, Youtube, karaoke müğənniləri yaranıb. Girib karaokedə oxuyur, deyir, yaxşı müğənni olaram. Amma 1 ay davam edir”.
Minval.info xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva “Show news” verilişinə açıqlamasında deyib. İfaçı İnstaqramda məşhurlaşan sənətçiləri tənqid edib:
“Bizim vaxtımızda çətin idi: kliplər, verilişlər, maqazin verilişinə açıqlama… Bir kəlmənlə kimisə batıra bilərdin. Elə adamlar var ki, ona İntsaqram maraqlı deyil. Oturub efirə baxırlar. Xoşbəxtəm ki, mən elə insanların sevgisin qazanmışam.
Efir başqadır. Heç kim deməsin ki, İnstaqramda 1 milyon izləyənim var. Hə, nə olsun? Bəzi fenomenlər oldu ki, partlayış etdi. İndi hardadılar? Bir ay sonra yox oldular. Bitdi…
Bir heyvanı da götürüb fenomen edə bilərsiz, amma sevdirə bilməzsiz. Məşhur olmaq başqa, sevilmək başqadır”.
https://www.youtube.com/watch?time_continue=308&v=w5g3MN-bi4E&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ