Binəli Yıldırım türkü oxudu – Video
Bələdiyyə seçkilərində “Cümhur İttifaqı”ndan İstanbulun bələdiyyə sədri vəzifəsinə namizəd Binəli Yıldırım Şanlıurfaya səfəri zamanı mahnı oxuyub.
B.Yıldırım Şanlıurfa bələdiyyəsinə baş çəkərkən onu əlilliyi olan bir qrup şəxsdən ibarət “Mehtəran” qrupu qarşılayıb.
“Urfalıyam əzəldən”i ifa edən gənc mahnının ardını oxuması üçün mikrofonu sabiq Baş nazirə uzadıb. B.Yıldırım təklifdən imtina etməyərək, oxumağa başlayıb.
Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində İstanbulun bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizəd olan Əkrəm İmamoğlu 4,169 milyon, B.Yıldırım isə 4,156 milyon səs toplamışdı.
Lakin Türkiyə Ali Seçki Komissiyası pozuntu iddialarını və etirazları nəzərə alaraq, İstanbulda bələdiyyə seçkilərinin ləğvi və yenidən keçirilməsi barədə qərar verib. (Oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək