Benzin bahalaşır? - RƏSMİ CAVAB
“Minval.info” xəbər verir ki, bunu APA-ya açıqlamasında “SOCAR PETROLEUM” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.
Üzeyir Həbibbəyli deyib ki, qeyd olunan yanacaq növlərinin satışı fasiləsiz olaraq həyata keçirilir. Neft məhsullarının topdan satışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində “SOCAR PETROLEUM” QSC-ə məxsus neft terminalı bazaları (NTB) fəaliyyət göstərir: “Respublika üzrə bunlar 11 ədəddir. Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə yanaşı, dizel yanacağının da, topdan satışı həyata keçirilir. Bununla da, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına olan tələbatlarını ödəmək üçün “SOCAR PETROLEUM” QSC-ə məxsus, qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər. “SOCAR PETROLEUM” QSC ölkə ərazisində neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirir. Yanacağın qiymətinin bahalaşması ilə bağlı bizə heç bir göstəriş verilməyib. Ümumiyyətlə yerli istehsal yanacaq növlərinin qiymətləri tarif şurası tərəfindən nizamlanır. Xaricdən idxal olunan yanacaq növlərinin qiymətini isə sərbəst bazar müəyyənləşdirir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı sahibkarla oğullarını döydülər: saxlanılanlar var - FOTOLAR
DİM-dən bu ixtisas qrupları ilə bağlı XƏBƏRDARLIQ
Hafiz Məmmədovun mülkləri əlindən alındı - Siyahı
Əli İnsanovun partiyası növbəti seçkilərə qatılacaq? - Polkovnikdən açıqlama
Ermənlərin atdığı mərmilər mülki obyektlərdə yanğınlara səbəb olub FOTO
Fazil Məmmədovu ittihamlara cavab vermək üçün Bakıya çağırırlar
Türkanın ifasını “faciə” adlandırdı
