Bayden ABŞ-ın koronavirusla mübarizədə yeni planını açıqlayıb
ABŞ prezidenti Cozef Bayden koronavirus pandemiyasına qarşı mübarizə üçün yeni planı açıqlayıb.
Minval.info xəbər verir ki, Amerika liderinin çıxışı Ağ Evin saytında yayımlanıb.
“Bu plana yoluxma hallarının artması ilə bağlı qapanma və təcrid daxil deyil. Burada əsas məsələ ABŞ əhalisinin koronavirusa qarşı mütəmadi test edilməsi və peyvənd olunanların say artımıdır”, – Bayden bildirib.
ABŞ Prezidenti bundan əvvəl koronavirusun “omikron” ştamına qarşı mövcud vaksinlərin effektivliyini qiymətləndirib. O qeyd edib ki, yaxın bir neçə həftə ərzində amerikalı mütəxəssislər bu xəstəliyin nə dərəcədə təhlükəli olduğunu, hansı zərərlərə səbəb olduğunu və peyvəndlərin bunun öhdəsindən gəlib-gəlməyəcəyini müəyyən edəcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
Naftalanda özbək turist ürək çatışmazlığından öldü
Qızıl bahalaşdı: Neft ucuzlaşdı, FES qərarı təsir etdi
FES faiz artımına davam edəcək: İnflyasiya hədəfdə