Baş Prokurorluqdan ANS-lə bağlı açıqlama
Baş Prokurorluq “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin fəaliyyətinin bərpası ilə bağlı iddialara münasibət bildirib.
Minval.info bu məsələ ilə bağlı Baş Prokurorluğun yaydığı rəsmi açıqlamanı olduğu kimi diqqətinizə çatdırır:
“Bəzi kütləvi informasiya vasitələrində “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə informasiyalar yayılıb.
Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyul 2016-cı il tarixli qərarı ilə Milli Televiziya və Radio Şurasının “ANS Müstəqil Yayım və Media Şirkəti”nə qarşı kütləvi informasiya vasitəsinin fəaliyyətinə xitam verilməsi barədə iddiası təmin edilərək şirkətə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə və telekanalın fəaliyyətinə xitam verilib.
Baş Prokurorluqda istintaq edilən “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin vətəndaşların hüquqlarını pozan, habelə qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməkdən yayındıran və başqa cinayət əməllərinin törədilməsi üzrə cinayət işinin icraatına şəraitin dəyişməsi ilə əlaqədar onlara aid hissədə xitam verilib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qarabağa yaşamağa qayıdacaq sakinlər üçün mühüm xəbər (VİDEO)
Metro bu tarixdən səhər saat 6-da fəaliyyətə başlayır
Renkanın açıq-saçıq geyimi FOTOLAR
Bakıda az bal yığdığına görə oğlanın intihar etməsinin görüntüləri - VİDEO
Türkiyə gəmisinə hücum edildi - Heyət üzvləri girov götürüldü
Mollanın qadınla intim videosu yayıldı, polis həbs etdi (18+VİDEO)