Baş Prokurorluq Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistikanı açıqlayıb
“Amnistiya Aktını zəfərin mərhəmət təntənəsi kimi adlandırmaq olar. Bu, humanist bir addımdır”.
“Mİnval.info”un xəbərinə görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.
“Amnistiya Aktı qəbul edildikdən sonra funksiyalar aidiyyatı qurumlara tapşırılıb. Bu proses haqqında ən məlumatlı qurum Baş Prokurorluqdur. Amnistiya həm cinayət törətmiş şəxslər, həm də məhkum olunmuş şəxslərə tətbiq olunub. Bu günə qədər amnitsiyanın 85 faizi məhkum olunmuş şəxslərə tətbiq edilib. Hərbi sahədə bu rəqəm 27-dir. Prokurorluq orqanları tərəfindən son bir ay ərzində 53 şəxs, FHN tərəfindən 1 halda istintaq mərhələsində amnistiya tətbiq edilib”, – o vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qarabağ penaltidən vurdu, Şəfa məğlub oldu
Bakının Ceyhun Hacıbəyli küçəsi bağlanır!
SOCAR neftçiləri videoçarxla təbrik etdi
Bakıda və rayonlarda qida obyektləri bağlandı
Azərbaycan Hava Yolları Mərkəzi Asiyanın ən yaxşısı seçildi
Bakıda şənbə günü yağışsız, mülayim hava gözlənilir
Dağlıq ərazilərdə leysan və sel təhlükəsi!