"Barselona"dan Arda Turan üçün şok təklif
İcarə əsasında “Başakşəhər”də çıxış edən Arda Turanla bağlı yeni xəbər yayılıb.
Fanat.Az İspaniyanın “Sport” qəzetinə istinadən xəbər verir ki, “Barselona” futbolçunu “Qalatasaray”a təklif edib. Ardanın Kataloniya klubu ilə daha bir illik müqaviləsi var. “Barselona” rəhbərliyi onu heyətinə qaytarmağı düşünmür və bu səbəbdən transfer haqqı tələb etmədən “Qalatasaray”a təklif edib.
“Barselona”dan Türkiyəyə qayıdarkən doğma klubuna yox, “Başakşəhər”ə üz tutması səbəbindən azarkeşlərin hədəfinə çevirilən futbolçu bir müddət əvvəl açıqlamasında “Qalatasaray” mənim evimdi. “Qalatasaray”a qarşı heç zaman yalnış hərəkət etməmişəm. Kluba 13-14 milyon avro qazandıraraq getmişəm. Türkiyəyə dönəndə “Qalatasaray” məni istəmədi” demişdi.
Qeyd edək ki, “Qalatasaray” Ardanı 2011-ci ildə 13 milyon avroya “Atletiko”ya satıb. “Barselona” isə 4 il sonra onu 34 milyon avroya alıb. Cari mövsümdə “Başakşəhər”in heyətinlə 16 matça çıxan 32 yaşlı yarımmüdafiəçi 3 məhsuldar ötürmə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xəstəni ölümlə üz-üzə qoyan Aytən Səfərova ona barışıq təklif edib
"Azərbaycanda 1 ildə 500 şagird hamilə qalıb" - ŞOK AÇIQLAMA (VİDEO)
Azərbaycan jurnalistikasına AĞIR İTKİ: Nəsir Əhmədli VƏFAT ETDİ
Aqşin Fateh restorana hücum edib - Xəsarət alan var
Xalq artisti villasını 3 milyona satışa çıxardı - Video