Bank rəhbəri: “Normal müştəriyə niyə biznes krediti verməyim ki?”
Azərbaycanda bankların biznes krediti verməməsi ilə bağlı deyilənlər düzgün deyil. Normal vəziyyəti, biznes planı olan, bir sözlə normal müştəriyə niyə kredit verməyim ki?”
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.
“Bu gün banklar hər bir normal müştəri uğrunda mübarizə aparır. Bütün ölkəni gəzib normal müştəri axtarırıq. “Banklar biznes krediti vermir” ifadəsini o adamlar deyə bilər ki, onların ödəniş qabiliyyəti – maliyyə vəziyyəti, biznes-planı yaxşı deyil. Siz belə adamlara kredit verərdinizmi?”, – deyə sədr qeyd edib.
F.Hüseynov kredit faizlərinin yüksək olması barədə iddialara da cavab verib: “Kredit faizləri depozit faizlərinə bağlıdır. Amma bu gün faizlər elə də yüksək deyil. İllik 13-14%-lə, manatla biznes kreditləri götürmək mümkündür”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR
Bank kartlarından da vergi tutulacaq? - İZAH
Azərbaycanda mobil telefonlar kəskin bahalaşacaq -YENİ TƏLƏB