"Baku Bus"ın sürücüsünə hücumun DETALLARI MƏLUM OLDU - VİDEO
Ötən gün “Baku Bus” sürücüsünə hücum edilib.
Noyabrın 28-i günorta saatlarında 13 nömrəli avtobusun sürücüsü S.Ələsgərov, taksi fəaliyyəti ilə məşğul olan N.Cəfərova yolun hərəkət hissəsində sərnişin mindirməklə hərəkətə maneə yaratdığından ona iradlarını bildirərkən N.Cəfərov tərəfindən təhqir olunaraq, döyülməsi barədə polis orqanına müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, müraciətlə bağlı tərəflər polis orqanına dəvət olunub və izahatları alınıb.
“Hazırda məsələ ilə bağlı təhqiqat araşdırması aparılır. S. Ələsgərovun aldığı xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, – deyə DİN rəsmisi bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sevgilisi Cennifer Lopezin erotik görüntülərini yaydı - VİDEO
Polislər bəraət alan şəxsi yenidən saxlayıb? - Açıqlama - VİDEO
Pərvin Abıyeva: "Gözəlliyimə görə özündən gedənlər çox olub" - VİDEO
Narkotik bəlasına düşən Nazim: "Voevat" edib qabağa getmək lazımdır - VİDEO