Bu gün Bakının Nizami (Torqovı) küçəsində restoranda yanğın baş verib.

Bakupost.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Səbail rayonunda üçmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 100 m² olan restoranda 1 ədəd səsgücləndirici cihaz və 1 ədəd masa yanıb.

Restoran və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.