Bakının küçələri parlayır: 556 küçə ekoloji təmizləndi və axşam konsertləri ilə bəzəndi
Bu gün Bakıda keçirilən genişmiqyaslı iməcilik tədbiri çərçivəsində şəhərin 556 küçəsi təmizləndi.
Minval.info xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, səhər saatlarından etibarən kommunal xidmətlər tərəfindən şəhərin əsas küçə və prospektləri ekoloji cəhətdən təhlükəsiz yuyucu maddələrlə təmizləndi. Bu maddələr, həmçinin, xarici ölkələrdə də geniş istifadə olunur və canlılara zərər vermir.
Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinləri və şəhərin qonaqları üçün axşam saat 19:00-da müxtəlif park və istirahət məkanlarında açıq hava konsertləri keçiriləcək. Bu tədbirlər Xətai rayonundakı Nizami Gəncəvi parkı, Nərimanov rayonundakı “Gənclik” metro stansiyasının yaxınlığındakı parkın amfiteatrı, Yasamal rayonunun Meşə parkı və Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parklarında baş tutacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım