Bakının bu prospektində hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədi ilə Ziya Bünyadov prospektinin Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsündən 20 Yanvar dairəsinə doğru olan hissəsində 13 və 14 iyul tarixlərində təmir işləri aparılacaq.
Minval.İnfo bildirir ki, bu barədə Trend-ə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq sözügedən hissədə hərəkət 13 iyul tarixində səhər saatlarından məhdudlaşdırılacaq.
Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Yaranan müvəqqəqi narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sənədsiz evlər kanalizasiya sisteminə qoşula biləcək?
Quba-Xınalıq yolunda sürüşmə: Təhlükə davam edir
Azərbaycan nefti 120 dollara doğru irəliləyir
Qarabağ və Dilbaz atlarına 1000 manat dəstək!
Fənərbağça və Roma arasında qızğın bərabərlik
İçərişəhərin məscidləri: Tarix və təhsil mərkəzləri
Əli Əsədov mobilizasiya ehtiyatları qərarını imzaladı