Bakılı məmur Sankt-Peterburqun başçısı ola bilər
2018-ci ildən Sankt-Peterburqun qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Beqlov şəhər başçısı seçkisində liderlik edir.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Rusiya Mərkəzi Seçki Komissiyasının protokolların 94 fazini hesablamasından sonra yaydığı məlumatda bildirilir ki, heç bir partiyanın üzvü olmayan 63 yaşlı siyasətçi 64, 68 faiz səs toplayıb.
Onun rəqibləri – “Ədalətli Rusiya” partiyasının üzvü Nadejda Tixonova 16,81 faiz, “Vətəndaş platforması”nın üzvü Mixail Amosov isə 15,68 faiz səs əldə edib.
Qeyd edək ki, A. Beqlov 19 may 1956-cı ildə Bakıda müharibə veteranının ailəsində dünyaya göz açıb. Ailəlidir, 2 qız övladı var.
Xatırladaq ki, 8 sentyabrda Rusiyada 85 regionda müxtəlif səviyyələrdə seçkilər, o cümlədən 13 regionda qanunvericilik orqanlarına, 22 inzibati mərkəzdə Şəhər Dumasına seçkilər, 16 regionda qubernator, 3 regionda isə bələdiyyə başçıları seçkiləri, Xabarovsk diyarı, Novqorod, Sverdlovsk və Orlov vilayətində Dövlət Dumasına təkrar seçkilər keçiirlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək