Bakıdakı dəhşətli hadisəyə görə yüksək VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİ - VİDEO
Bakıda binanın liftinin qadının üstünə düşməsi hadisəsi uilə bağlı 1 nəfər həbs edilib.
Minval.İnfo Baş Prokurorluğa istinadən xəbər verir ki, oktyabrın 4-də saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri Soltanməcid Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinanın 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Rayon prokurorluğunun və rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirmiş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
https://www.youtube.com/watch?v=j5YLPfm4MaE
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident hərbi qulluqçuları təltif etdi - Siyahı
Azərbaycanda kriminal aləm üzvləri biznesmeni oğurlayıb soyundurdular
“Kukla ilə üz-üzə dayanmağı özümə sığışdırmadım” – Fəzail Ağamalı
Gizli müsəlmanlar
Azərbaycanda həbs edilən deputat və nazirlərin SİYAHISI
“Rusiyanın şəhərlərini vuracağıq…” – Arestoviç ilk dəfə və rəsmən bəyan etdi
