Bakıda vaflinin içindən rezin əlcək çıxdı – FOTO - VİDEO
Minval.info// Azərbaycanda istehlakçının aldığı vaflidən rezin əlcək çıxdı.
News24.az-a şikayət edən istehlakçı bildirib ki, “Fresco” marketindən alınan “Avrora” şirkətinə məxsus aldığı vaflidən gözləmədiyi halda rezin əlcək çıxıb: “Vaflini eksperteziya apardım. Həqiqətən də vaflinin içərisindən əlcəyin çıxdığı təsdiqləndi. Hətta şirkətin nümayəndələri də bunun şahidi oldu.
Ekspertizadan sonra şirkət məsələni bağlamaq üçün xanım nümayəndəsini bir qutu vafli hədiyyələrlə evimizə göndərdi. Amma mən razılaşmadım”. İstehlakçının şikayətinə əsasən “Avrora” şirkəti ilə əlaqə saxladıq. Şirkətin nümayəndəsi sualımızı eşidən kimi məsələ ilə bağlı hər hansı açıqlama verməyəcəklərini bildirdi: “Şirkət tərəfindən sizinlə əlaqə saxlanılacaq. Amma indi bu barədə heç bir açıqlama verməyəcəyik”.
https://www.youtube.com/watch?v=X3DIL6qOQ_g



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı