18.10.2022 - 12:22
Video 4 baxış

Bakıda vəzifəli şəxsin avtomobili təcili tibbi yardım maşınını vurdu

Bakıda təcili tibbi yardım maşınının vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in “qaynar xətt”inə məlumat daxil olub.

Hadisə Nərimanov metro stansiyasının yaxınlığında qeydə alınıb. “QAZ-3110” markalı avtomobil təcili tibbi yardım maşınını arxadan vurub.

Hadisə şahidlərin sözlərinə görə, qəzaya səbəb olan avtomobil vəzifəli şəxsə məxsus olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: