Bakıda üç uşaq anası "Odnaklasnik"də yaydığı fotosu ilə ərinə şok yaşatdı - Foto
Bakıda 1 aya yaxındır evdən qaçan arvadını axtaran Eldar “Səni axtarıram”a üz tutub.
Baku.ws xəbər verir ki, iki körpəsini birgə yaşadığı kişinin üstünə atıb qaçan Məhərrəmova Məhluqədən 6 apreldən xəbər yoxdur.
Ərinin sözlərinə görə, Məhluqə gedərkən evdə olan 10 min manatı da özü ilə aparıb.
“Səni axtarıram”ın əməkdaşlarının araşdırması zamanı Məhluqənin yoxa çıxdıqdan 20 gün sonra “Odnoklassnik” sosial şəbəkəsində evdən oğurladığı pullarla şəkil çəkdirib paylaşdığı məlum olub.
Arvadının paylaşdığı fotoları görən Eldar canlı yayımda stress keçirib. Pulların paylaşıldığı fotoda yalnız əl görünsə də, həyat yoldaşı həmin əlin arvadının olduğunu təsdiqləyib.
Qeyd edək ki, Eldar Məhluqənin üçüncü həyat yoldaşıdır. Məhluqənin üç uşağı var. İki uşağının atası Eldardır, ilk övladı isə əvvəlki ərindəndir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ


