Bakıda trans "qaraçı hipnozu" ilə satıcıları belə aldatdı - VİDEO
Paytaxtın Xətai Rayonu, Xudu Məmmədov 122 ünvanında yerləşən gül mağazasının birində dələduzluq olub.
Unikal.org-un məlumatına görə, dünən saat 17:10 radələrində gül dükanına daxil olan müştəri (yanında bir nəfərdə olub) əvvəlcə dəyəri 5 manata aldığı gülün pulunu ödəmək üçün yüz manatı kassirə uzadıb. Onun əli dəydikdə isə əsginazı geri çəkir və pulunu yenidən pul kisəsinə qoyur.
El arasında “qaraçı hipnozu” deyilən çaşdırıcı hərəkətlə kassiri aldadan müştəri ondan 95 manat “pulun qalığını” alıb, dükanı tərk edir.
Sonradan mağaza sahibi təhlükəsizlik kamerasına baxdıqda isə bu şəxsin ümumiyyətlə aldığı məhsulun pulunu ödəmədiyi, əksinə kassadan 95 manatı ona verdikləri məlum olub.
Dələduzluq hadisəsi anbaan mağazalarda quraşdırlılan təhlükəsizlik kamerasına düşüb.
Mağaza sahibinin verdiyi məlumata görə, dələduzluq edən həmin şəxs trans olub: “O, tək deyildi. Yanında da başqa bir trans var idi. Hadisə ilə bağlı artıq polisə məlumat verilib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda sürücü əyləclə qazı səhv saldı: Ağlasığmaz qəza baş verdi – VİDEO
152 il sonra təkrarlanacaq: "Nadir hadisəni izləməyi unutmayın!” - VİDEO
Həkim məsləhəti: Karantin zamanı tez-tez cinsi əlaqədə olun - VİDEO
İşğaldan azad olunan İrpen şəhərinin görüntüləri yayılıb - VİDEO