Bakıda telefon oğurluğu kameraya düşdü - VİDEO
Metronun “Qara Qarayev” stansiyası yaxınlığında oğurluq hadisəsi qeydə alınıb.
Oxu.Az-a daxil olan məlumata görə, hadisə dünən səhər saatlarında baş verib.
“Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən telefon mağazasına girən şəxs mağazadakı mobil telefonları oğurlayıb.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Mağazanı kirayələyən İsmayıl Məmmədov saytımıza açıqlamasında onlara 2500-3000 manat dəyərində maddi ziyan dəydiyini bildirib:
“Dünən səhər saatlarında telefon mağazasından oğurluq olub. Demək olar ki, bütün telefonlar oğurlanıb. Əlimizdə olan kamera görüntüləri ilə hüquq-mühafizə orqanlarına müraciət etmişik. Əraziyə baxış keçirilib, dəlillər götürülüb. Lakin hələ heç bir nəticə yoxdur.
Özümüzün hesablamalarımıza görə, 2500-3000 manat dəyərində ziyan dəyib. Həmin şəxsin daha sonra Binəqədidə yerləşən mağazalardan birindən də oğurluq etdiyinə dair görüntülər var”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO