Bakıda sürücü qulağında telefon avtobus idarə etdi
Bakıda avtobus sürücülərindən daha biri yol hərəkət qaydalarını kobud şəkildə pozub.
Bu barədə BAKU.WS-in “qaynar xətti”nə görüntülər daxil olub.
163 nömrəli avtobusda qeydə alınan hadisə zamanı sürücü telefondan istifadə edərək sükanı bir əli ilə idarə edib.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Mayis Ağayev BAKU.WS-ə bildirib ki, təqdim olunan görüntü ilə əlaqədar olaraq 163 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı “Manella” MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb:
“Sükan arxasında telefondan istifadəyə görə inzibati tənbeh tədbiri görülməsi Agentliyin səlahiyyətlərinə aid olmasa da daşıyıcı şirkət qarşısında həmin sürücü barəsində ciddi intizam tədbiri görülməsi ilə bağlı məsələ qaldırılacaq. Ümumilikdə qeyd edim ki, “Manella” MMC-nin istismarında olan 163 nömrəli xətt üzrə sərnişindaşımaların vəziyyəti qənaətbəxş deyil.
Sərnişinlərdən bu marşrut xətti üzrə çoxsaylı şikayətlər daxil olur. Dəfələrlə bu barədə daşıyıcıya xəbərdarlıq olunmasına baxmayaraq müsbət dəyişiklik hiss olunmur. Bunu nəzərə alaraq marşrut xətti müsabiqəyə çıxarılıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zəngilanın Birinci Ağalı kəndindən videogörüntülər
Ayağını çölə çıxarıb maşın sürən şəxs HƏBS EDİLDİ - VİDEO
Türkiyədə canlı yayımda zəlzələ anı - VİDEO
"Düşmənlərin ölməsi üçün cadu edirəm" - VİDEO
Bakıda avtobusda qadının arxasına toxundular: dava düşdü - VİDEO
Erməni toyunda Azərbaycan mahnısı: Qızlar Azərbaycansayağı oynadılar - VİDEO
Nurməhəmmədov - Makqreqor döyüşünün tam VİDEOSU