Bakıda ssri bayrağı dalğalanır: Təxribat yoxsa keçmişə nostalji?
Son zamanlar Bakıda SSRİ bayrağının nümayiş etdirilməsi ilə əlaqədar aksiyalar və bu aksiyalarda iştirak edənlər barədə məhkəmə qərarları cəmiyyətin diqqət mərkəzindədir. Xüsusilə, tanınmış jurnalist və sosioloq Elçin Bayramlının bu prosesdə cəzalandırılması məsələyə həm hüquqi, həm də siyasi baxımdan yanaşma zərurəti yaradıb.
Minval.info xəbər verir ki, İmişlidə də oxşar səbəblə bir şəxsin saxlanılması bu hadisələrin təsadüfi olub-olmaması sualını gündəmə gətirib. Bu aksiyalar fərdi təşəbbüslərdir, yoxsa daha geniş siyasi və ideoloji prosesin bir hissəsidir? Bu cür aksiyaların arxasında hər hansı qüvvələrin dayanması ehtimalı varmı və bu addımlar Azərbaycana yönəlmiş müəyyən mesaj kimi qiymətləndirilə bilərmi?
Deputat Hikmət Babaoğlu bildirib ki, müstəqilliyin bərpasından 35 il sonra keçmiş imperiyanın bayrağının dalğalandırılması təsadüfi hadisə kimi qəbul edilə bilməz. O, bu cür bayraqların nümayişini əvvəlcədən təşkil olunmuş təxribat kimi qiymətləndirib və bu təxribatlara alət olan şəxslərin müəyyən maraqları olduğunu vurğulayıb.
ƏLAQƏLİ
Bakıda mübahisəli əsgərlik: 8 il sonra yenidən xidmətə çağırılan gəncın dramı
Vəkil Mehman Muradlı isə məsələyə daha təmkinli yanaşaraq, tarixi hadisələrə emosiyalarla deyil, faktlarla yanaşmağın vacibliyini qeyd edib. O, Azərbaycan Sovet Sosialist Respublikasının tarixin bir mərhələsi olduğunu və bu dövrə obyektiv yanaşmanın vacibliyini vurğulayıb. Eyni zamanda, müasir Azərbaycan Respublikasının dövlət müstəqilliyinə qarşı yönəlmiş hər hansı hərəkətin qanun çərçivəsində qiymətləndirilməli olduğunu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəhid elçin kərimbəyli: Qəhrəmanlıqla dolu qısa bir ömürün izləri
Asya əlizadə Türkiyə həsrətindən danışdı: "Artıq yaxşı qız olacağam