Nasimi Rayonu Cavadxan küçəsi bina 56-da azyaşlı uşağın ayaqlarının anası və xalası tərəfindən bir-birinə zəncirlənməsinə dair məlumat yayılıb.

Bu barədə xəbər verən Anews.az yazır ki, hadisəni əks edirən video və foto saytın elektron poçtuna göndərilib.

Bildirilir ki, zərərçəkənin azyaşlı olması nəzərə alınaraq, onun səsinin və əlamətdərinin tam düşdüyü video təqdim edilməyib.

Sayt yazır ki, görüntüdə azyaşlı onun ayaqlarınının bir-birinə xalasının zəncirlədiyini söyləyir. 2 gündür evdə ayağı zəncirlənmiş formada saxlanılır. Anası və xalası isə hər səhər işə gedirlər, axşam saat 12-ə kimi işdə olurlar.

Onun sözlərinə görə, qapını da arxadan bağlayıblar və o, ancaq evin içində ayaqı zəncirlənmiş formada hərəkət edə bilir.

Qeyd edək ki, adıçəkilən sayt əldə etdikləri videonu müvafiq dövlət qurumlarına təqdim etməyə hazır olduqlarını vurğulayıb.