Bakıda satıcı Rusiyanın Xalq artistini aldatdı
Rusiyanın Xalq artisti Yuliya Rutberq Bakıda mağaza satıcısı tərəfindən aldadılıb.
Bu barədə aktrisa “Sputnik Azərbaycan”a müsahibəsində danışıb.
“Bağ evimdə Şərqə aid otaq da var ki, orada müxtəlif Şərq ölkələrindən olan əşyalar tapmaq olar. Anam uzun müddətdir qədim mis sini və səhəng arzusunda idi. Mən onları Bakıda tapmağa müvəffəq oldum. Onlar XVIII əsrə aiddir. Satıcı hətta endirim etdi, məni otelə qədər ötürdü. Bu əşyalarla mehmanxanaya qayıdanda oradakı əməkdaşları nə almağım maraqlandırdı. Aldıqlarımı göstərib qiymətlərini deyəndə, onlar mənə aldadıldığımı söylədi. Mən isə onlara cavabımda dedim ki, bu, mənim üçün böyük endirim, sizin üçün isə aldanmaqdır”, – Rutberq bildirib.
Qeyd edək ki, M. Rutberq Bakıya III M.A.P Beynəlxalq Teatr Festivalı çərçivəsində gəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək