Bakıda qadın parkı zibilliyə çevirdi, tənqid olundu - VİDEO
Bakıda parkda tum çırtlayaraq yeri zibilləyən qadın ictimai qınağa səbəb olub.
Oxu.Az-ın məlumatına görə, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Nərimanov rayonunda yerləşən parkda video çəkən şəxs həmin valideynə yaxınlaşıb və niyə belə etdiyini soruşanda “süpürgəçi nə işə yarayır?” cavabını alıb.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Video çəkən şəxs isə zibili atması üçün ona paket verib və qadına süpürgəçinin yarpaq, toz kimi təbii zibilləri təmizləməli olduğunu izah edib.
Videonu izləyənlər gənc valideyni tənqid edərək övladına pis örnək olduğunu bildiriblər.
Həmin şəxs videonu paylaşan zaman “İnsanlarımızın əksəriyyəti pinti insanlardır. Ətrafımız ona görə zibillik, pislik və natəmizlikdir”, – deyə qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO