Bakıda mənzillər ucuzlaşıb, torpaq isə bahalaşıb

2018-ci ilin may ayında Bakıda mənzillərin qiymətində ucuzlaşma qeydə alınıb.
Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində azalma 0.3 faiz olub. İllik müqayisədə isə təkrar mənzil bazarında 2.24 faiz ucuzlaşma baş verib.
Ekspert ay ərzində ilkin mənzil bazarında da qiymətlərin azaldığını qeyd edib. N.İbrahimovun sözlərinə görə, ilkin mənzil bazarında azalma ay ərzində 1.91 faiz, ilin əvvəli ilə müqayisədə isə 1.64 faiz olub.
N.İbrahimov həyət və bağ evlərində də may ayı ərzində 1.45 faiz azalma olduğunu diqqətə çatdırıb. İlin əvvəli ilə müqayisədə isə 2.25 faiz artım var.
Bakıda torpaq bazarında isə may ayı ərzində qiymətlər 1.98, ilin əvvəli ilə müqayisədə isə 5.81 faiz artıb.
Lakin ekspert hesab edir ki, il ərzində Bakıda mənzillərin qiymətində az da olsa artım qaçılmazdır. Baş direktorun sözlərinə görə, artım təqribən 4-6 faiz civarında proqnozlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Evdə toy etmək istədilər, polis müdaxilə etdi - Video
Bakı meriyasında köklü dəyişikliklər
Caduya, falçıya inanan məmurlar - tarixdə olanlar və bu gün yaşananlar...
Sosial şəbəkələrdə yayılan videolardan danışdı
Səhiyyə Nazirliyi özünü yandıran şəxslə bağlı məlumat yaydı