16.08.2026 - 13:23
Kriminal 22 baxış

Bakıda külək, rayonlarda leysan: Hava dəyişir, diqqətli olun!

Avqustun 17-də ölkə üzrə hava şəraiti ilə bağlı proqnozlar açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, lakin mülayim şimal-qərb küləyi əsəcək.

Gecə saatlarında havanın temperaturu 22-25° isti, gündüz isə 28-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 50-60% təşkil edəcək.

Minval.info xəbər verir ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq. Yağışların qısamüddətli leysan xarakterli olması və şimşək çaxması ehtimalı var. Gündüz saatlarında yağışın kəsilməsi gözlənilir. Dağlıq ərazilərdə gecə və səhər saatlarında duman müşahidə edilə bilər. Şərq küləyi əsəcək.

Rayonlarda gecə temperaturu 20-25° isti, gündüz isə 30-34° isti olacaq. Dağlıq bölgələrdə isə gecə 12-17° isti, gündüz 20-25° isti olması proqnozlaşdırılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: