Bakıda kafedə partlayış oldu - VİDEO
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğınla nəticələnən partlayış hadisəsi paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 m² olan kafenin mətbəxində qeydə alınıb.
Belə ki, yanğın nəticəsində mətbəxdə olan 2 ədəd soba, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və bacada yağ qalıqları yanıb. Kafenin qalan hissəsi və hər birinin həcmi 50 litr olan 2 ədəd məişət qaz balonu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin ehtimala görə, partlayış məişət qaz balonundan sızma nəticəsində baş verib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kamil Zeynallı Zauru hər kəsin içində belə pərt elədi - VİDEO
Əməkdar artistdən efirdə biabırçı görüntülər - VİDEO
Hamının gözü qarşısında... - Bakıda oğlan qızı parkda... - VİDEO
Rusiya sülhməramlıları Laçında talançılıq edirlər? - VİDEO