07.09.2018 - 16:15
Video 19 baxış

Bakıda hindistanlıların möhtəşəm toyu - VİDEO

Hindistanlı cütlük Bakının ən məşhur hotellərindən sayılan “Fairmont Baku”da üç günlük toy ediblər.

“Fairmont Baku”dan Oxu.Az-a verilən məlumata görə, Maitili Saqar vəRohit Hubta cütlüyünün möhtəşəm toy mərasimi 4,5 və 6 sentyabr tarixində baş tutub.

Mərasimdə 400-dən çox hindistanlı iştirak edib. Toyda qonaqları əyləndirmək üçün Hindistandan 100-ə yaxın müğənni, musiqiçi, rəqqasə xidmət göstərib.

Mərasim Hindistan adət-ənələrinə uyğun təşkil edilib.

Qeyd edilir ki, toyun “Fairmont Baku”da keçirilməsinə səbəb “Alov Qüllələri”nin beş ulduzlu olmasıdır. Hindistanlılar oda sitayiş etdikləri üçün hotelin görünüşü onlara alov dillərini xatırladır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: