Bakıda dənizdə cinsi azlıq nümayəndələrini döydülər - Təfərrüat
Xəzər rayonunda çimərlikdə dörd nəfər cinsi azlıq nümayəndəsi döyülüb.
Minval.info Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində yerləşən “City Beach” çimərliyi yaxınlığında baş verib.
Naməlum şəxslər yol kənarında 1989-cu il təvəllüdlü R.T., 1995-ci il təvəllüdlü C.Q., 1994-cü il təvəllüdlü M.Ə. və 1988-ci il təvəllüdlü Ş.L.-ya əxlaqsız təkliflər ediblər.
Bu təklifə görə tərəflər arasında mübahisə yaranıb. Nəticədə naməlum şəxslər onları döyərək ağır xəsarət yetiriblər.
Yaralılar 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. T.R.-ya döş qəfəsinin sıyrıntısı, sağ bazunun əziyi, Q.C.-ya sol yanağın və hər iki dizin əziyi, Ə.M.-ya boyunun və sağ tərəfli böyrəyin əziyi, L.Ş.-ya isə sol qulağın sıyrılması diaqnozu qoyulub.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndəriliblər.
Məlumat üçün bildirək ki, döyülən şəxslərdən biri transseksual olub.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ