Bakıda bir evin divarına 13 elektrik sayğacı quraşdırılıb – Video
Paytaxtın Nəsimi rayonunda fərdi evlərdən birinin divarına 13 elektrik sayğacı quraşdırılıb.
“Xəzər” TV-nin məlumatına görə, görüntülər Nəsimi rayonu, Balababa Məcidov küçəsi ev 87 ünvanındandır.
Ev sahibi Lalə Novruzova bildirib ki, işi ilə əlaqədar tez-tez rayona getməli və 1-2 ay orada qalmalı olur.
Hər dəfə rayondan qayıdanda isə görüb ki, evinin divarına 2-3 elektrik sayğacı quraşdırlılıb. Beləliklə, ətrafdakı 13 evə məxsus elektrik sayğacı onun mənzilinin divarına yerləşdirilib.
Divara bu qədər sayğacın quraşdırılması ilə yanaşı, elektrik xətləri də çox primitiv şəklində sarınıb. Lalə Novruzova deyir ki, hər hansı qəza və ya yanğın hadisəsinin narahatlığı ilə yaşayırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda şir balası evdə bəslənir - VİDEO
1300-dən çox insanın olduğu nəhəng gəmidə təhlükəli anlar (VİDEO)
Real döyüş kadrları: Rusiya tankları məhv edildi – ANBAAN VİDEO
Təcavüzkarı timsahların qarşısına atdılar... - VİDEO
Aytən Məmmədova hadisənin necə baş verdiyindən danışdı - VİDEO
“Lotu Quli”nin yeni görüntüləri: Maşında gedə-gedə atəş açır - VİDEO
Teleməkanda bu da oldu: Aparıcı müğənnini qucağına aldı – VİDEO