Bakıda bazarlarda leş toyuqlar satılır? - Rəsmi qrumdan şok iddia
“Hətta ölmüş toyuqlar belə satışa çıxarılır!”
“Space” Tv-nin efirində yayımlanan “Olar? Olmaz!” verilişində bu dəfə də bazarlarda satılan açıq toyuq ətləri ilə bağlı məlumatlar tamaşaçılara təqdim edilib.
Teleaparıcı Amil Xəlil bir neçə bazarlara üz tutub. Açıq formada günün altında satılan toyuqların görüntülərini təqdim edən Amil Xəlil bazarlarda antisanitar vəziyyəti tamaşaçılara göstərib. O əsasən 8 km ərazisində bu cür halların yaşandığını xüsusi olaraq qeyd edib.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Daha sonra Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynov açıqlama verərək məsələnin ciddiliyinə diqqət çəkib. Onun sözlərinə görə, hazırda ölkə bazarlarında ölü toyuq ətlərinin belə satışa çıxarıldığı ərazilər var.
Xatırladaq ki veriliş həftə içi hər gün saat 19:55 də şənbə günü 22:40 da “Space” Tv-də yayımlanır. Bu axşam (6 iyun) saat 19:55 də “Olar ? Olmaz!” verilişdə cadu ilə ailəsi dağıldığını deyən 3 ilin gəlinindən şok açıqlamalar efirdə yayımlanacaq. Qayanananın açıqlamaları və din adamlarının məsələyə münasibəti də olduğu kimi tamaşaçılara təqdim ediləcək.
https://www.youtube.com/watch?v=HyfTMykXCIE
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO