Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO)
Bu gün Bakının Nəsimi rayonu ərazisində baş verən ağır yol qəzasından öncəki görüntü kameraya düşüb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Babək prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınan qəzadan öncə “Toyota” markalı avtomobil yüksək sürətlə hərəkət edir.
İlk qəzanın videosuna buradan baxa bilərsiniz.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Yolda sürətlə manevr edən “Toyota”nın görüntüsü başqa bir maşının videoregistratorundan qeydə alınıb. Avtomobil “BakuBus” avtobusu ilə toqquşub. Qəza zamanı sürücü hadisə yerində ölüb. Avtobusda olan sərnişinlərə isə heç nə olmayıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, minik maşını yüksək sürətlə hərəkət edərək “BakuBus” avtobusuna çırpılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO