Bakıda ayıq sürücü vətəndaşa 4 min manat ziyan vurub - Şirkət ziyanı ödəmir - VİDEO
Bakıda ayıq sürücü avtomobil sahibini 4 min manat ziyana salıb.
Minval.info xəbər verir ki, hadisə paytaxt sakini Vüsal Quliyevin başına gəlib.
O deyir ki, aprel ayının 4-də içkili olduğundan avtomobili idarə etmək üçün ayıq sürücü çağırıb. Gələn sürücü isə onun avtomobili ilə qəza törədib.
Vüsal Quliyev bildirir ki, hadisə baş verən zaman şirkət ona dəyən ziyanı ödəyəcəyini bildirib. Lakin sonradan bundan boyun qaçırıb.
Məsələylə bağlı ayıq sürücü xidməti göstərən “Taksim” şirkətinin mövqeyini öyrənməyə çalışdıq. Şirkətin 055 505 55 15 telefon nömrəsinə cavab verən əməkdaş rəhbərliyin bizimlə əlaqə saxlayacağını bildirib.
Lakin xeyli müddət keçsə də, qarşı tərəf geri zəng etməyib.
https://www.youtube.com/watch?v=2ZjGgXrYFTw
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncədə avtomobillərdən oğurluq edən şəxs saxlanılıb - FOTO/VİDEO
Təkbaşına beş nəfəri döydü - VİDEO
İdeal sevgili necə olmalıdır? - Bakıda maraqlı sorğu
"Lotu Quli"nin hüzr məclisinə basqın edildi - VİDEO
Bakıda metro yaxınlığında qadınlar arasında dava - VİDEO
"880 il Sənsiz" adlı qısametrajlı film
Bakıda sükan arxasında huşunu itirən sürücünü polis xilas etdi - VİDEO