Bakıda Ağdam coşqusu: Şəhidlər Xiyabanında izdiham yaşanıb - VİDEO, FOTO
Bakıda Ağdamın işğaldan azad edilməsi izdihamla qeyd edilib.
Vətəndaşlar əllərində Azərbaycan və Türkiyə bayrağı, “Qarabağ Azərbaycandır!” şüarını səsləndirərək, Şəhidlər Xiyabanına yürüş ediblər.
Onlar Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər. Ağdamdan olan vətəndaşlar dövlət başçısı İlham Əliyevə və Azərbaycan Ordusuna öz təşəkkürlərini bildirib, sevinc hislərini bölüşüblər. Ağdam üçün Şəhidlər Xiyabanına yürüş edənlərin arasında Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, keçmiş döyüşçülər də olub.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Ağdam rayonunun işğaldan azad olunması müjdəsini verib.
Musavat.com-un əməkdaşlarının Şəhidlər Xiyabanından etdikləri videoreportajı təqdim edirik:
https://youtu.be/XJRiiNFHN_Q
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Canavar” ləqəbli şəhid polkovnik-leytenantın ailəsindən - Videoreportaj
BNA-dan xəbərsiz mərkəzi yolu bağladılar - Əziyyəti sürücülər çəkdi
AzTV-də işdən çıxarılanların siyahısı - Rəsmi
Nazir müavininin otağından və maşınından çıxan pullar - VİDEO