Bakıda 3 uşaq anasının amansız qətli ilə bağlı şok TƏFƏRRÜATLAR - "Sevgili söhbəti yalandır"
Bakının Bayıl qəsəbəsində Kəmalə Mikayılovanın sevgilisi tərəfindən öldürülməsi xəbəri yalandır.
Bunu Milli.Az-la əlaqə saxlayan mərhumənin bacısı oğlu Emin Məmmədov bildirib. O, iddia edir ki, xalası ərinin ədavətdə olduğu şəxs tərəfindən öldürülüb. “Ərinin Rusiyada bir nəfərlə düşmənçiliyi olub. O da qisasını bu formada alıb. Xalam əri Rusiyadan gələn gün evdə hazırlıq görüb. Aşağıya düşüb ki, dükandan alış-veriş eləsin. Həyətdə həmin o adam tərəfindən təqib edilib və bıçaqlanıb. Qatil onu uzun müddət imiş ki, güdürmüş. Xalama 10 bıçaq zərbəsi vurub. Yəni sevgilisinin olması barədə deyilənlər absurddur”.
Oxu: Bakıda 3 uşaq anası sevgilisi tərəfindən öldürüldü
Qeyd edək ki, Kəmalə Mikayılovanı qətlə yetirən Fərhad Abuşovu media sevgilisi kimi təqdim edib və aralarında yaranmış mübahisə nəticəsində qətl hadisəsinin baş verdiyini iddia edib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
1360 maşın postlardan geri qaytarılıb
Azərbaycanda yarım milyonluq "Bentley" su kanalına düşdü — VİDEO
“Boşandığı arvadın arxasınca danışan kişi rəzildir”
"Porsche" vədinə əməl etmədi! Almanların xəyalları puç oldu
İcra başçısının sabiq xanım müavini məhkəmə zalında həbs olundu