Bakıda 13 yaşlı uşağı anası küçəyə atdı: "Pul qazanmıram, ona görə anam məndən imtina etdi" - VİDEO
“Space” Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində ürək dağlıyan görüntülər tamaşaçılara təqdim edilib.
Minval.info xəbər verir ki, 5 gündür parkda yatan Əli Hüseynli Amil Xəlilə müraciət edərək, həm atasını həm də Nənəsini axtarmaq istəyib. Teleaparıcı qısa müddətdə Əlinin nənəsini tapıb. Anası haqqında isə heç bir məlumat əldə edə bilməyib.
Şəkidə qalan nənə də nəvəsindən imtina edib. “Mən qızımdan da nəvəmdən də imtina etmişəm. İki uşağı var, hərəsinin atası ayrıdır, kimdir, bilinmir”.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Efir vasitəsilə Əlini tanıyanlara səslənən Amil Xəlilə anası haqqında məlumatlar daxil olub. Sən demə Əli həqiqətən də evdə zorakılığa məruz qalıb. Əlinin açıqlamalarına görə, anası onu həm diləndirib, həm də şar satdırıb. “Mənə deyirlər ki get pul gətir. Məktəbdən də çıxardıblar. Oxumağı, yazmağı bilmirəm. Mənim taylarım məktəbə gedir, mən isə işləyirəm”
Qeyd edək ki, Əlini qohumları, yaxınları tanısın deyə üzü görüntülərdə qapadılmayıb.
Xatırladaq ki, veriliş həftə içi hər gün saat 19:50 də, şənbə günü isə saat 22:40 da “Space” Tv-də yayımlanır.
Minval.info
https://www.youtube.com/watch?v=sw8Urh4C7_8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO