02.05.2019 - 11:46
Video 1 baxış

Bakıda ağlasığmaz hadisə: “Gelandewagen” 12 avtomobili əzdi - VİDEO

Bakının Binəqədi rayonu ərazisində 12 avtomobili əzən “Gelandewagen” markalı avtomobilin sürücüsü müəyyən edilib.

“Minval.info”nun verdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.

Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində “Gelandewagen” markalı avtomobil avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 avtomobilə ziyan vurub.

“Minval.info”

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: