Bakı səmasında “Türk Yıldızları”nın şousu olacaq
“Teknofest Azərbaycan” festivalı 26-29 may tarixlərində Baku Cristal Hall və Dənizkənarı Milli Bulvar ərazisində keçiriləcək.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.
O, bildirib ki, festival çərçivəsində bulvar ərazisində müxtəlif sərgilər, konsert proqramları, təyyarə, helikopter və dronların nümayişi nəzərdə tutulub: “Festival çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən MiQ-29 qırıcıları ilə nümunəvi pilotaj uçuşları həyata keçiriləcək. Bundan əlavə, festivalda SoloTürk F16 Hərbi hava şousu, “Türk Yıldızları” F16 hərbi hava şousu, uçuş simulyatorları, sərgilər, hava atrakaionları və inanılmaz texniki əyləncələr, ulduzların ifasında konsert proqramı təşkil olunacaq”.
(qafqazinfo)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
Ordumuzun mövqeləri atəşə tutuldu
XTQ-nin İranla sərhəddəki təlimləri nəyə HESABLANIB...
"Hərbçilərimizin maaşları artırılmalıdır" - Pənah Hüseyn
Daşaltı necə azad olunub?
Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO
Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı - Videoçarx