Bakı metrosunda oğlan qıza taciz etdi - Qızın ürəyi getdi
Dünən axşam 18:30 radələrində paytaxtın “İçərişəhər” metrostansiyasından “Hərzi Aslanov” istiqamətində hərəkətdə olan qatarda iyrənc olay baş verib.
Minval.info Milli.Az-a istinadla xəbər verir ki, metrodakı sıxlıqdan istifadə edən 28-30 yaşlarında şəxs təxminən 20-21 yaşlarında olan qıza seksual xarakterli hərəkətlər (taciz) edib.
Tələbə qız “Koroğlu”ya çatan qatarın qapıları açılanda “Get anana, bacına o hərəkəti elə” sözlərini yüksək səslə qışqırıb. “Manyak” qızın reaksiyasından dərhal sonra qatarın dayanmağından istifadə edərək, metronu tərk edib. Sinirdən əsən qızın ürəyi gedib. Digər sərnişinlər qızın dilinin qatlanmasının qarşısını almaq üçün xeyli əziyyət çəkiblər. Hadisə yerinə polis əməkdaşları gəlib. Sərnişinlərin və polislərin köməyi ilə qız platformadan çıxarılıb.
Hadisə şahidi olan qadınların verdikləri məlumata görə, olayın şahidi olan bəzi kişilər buna heç bir reaksiya verməyiblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı