Bakı dünyanın ən təhlükəsiz 50 şəhərindən biridir – Reytinq
Bakı dünyanın ən təhlükəsiz şəhərləri siyahısına daxil edilib.
Reytinq “The Economist Intelligence Unit” və “The Economist” nəşrləri tərəfindən tərtib edilib.
Ekspertlər siyahını hazırlamaq üçün dünyanın 60 böyük şəhərini 57 müxtəlif göstərici (rəqəmsal təhlükəsizlik, səhiyyə və infrastrukurun təhlükəsizliyi, şəxsi təhlükəsizlik və s.) əsasında təhlil ediblər.
Dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqinə Tokio başçılıq edib. Siyahıda sonrakı yerləri müvafiq olaraq, Sinqapur, Osaka, Amsterdam və Sidney tuturlar.
Paytaxt Bakı 56,4 balla 49-cu mövqedə qərarlaşıb. Azərbaycan paytaxtı rəqəmsal təhlükəsizlik üzrə 46-cı, səhiyyənin təhlükəsizliyi üzrə 41-ci, infrastruktur təhlükəsizliyi üzrə 54-cü, şəxsi təhlükəsizlik üzrə isə 49-cu pilləyə layiq görülüb.
Qeyd edək ki, reytinqdə MDB ölkələrindən yalnız Moskva və Bakı şəhərləri yer alıb. (Oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
