17.06.2020 - 11:18
Video 5 baxış

Bakı çimərliklərində vəziyyət necədir? - VİDEOREPORTAJ

Azərbaycanda çimərlik mövsümü başlayıb.

Minval.info “Report”a istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbindən çimərliklərdə sıxlıq müşahidə olunmur.

Bakı sakinlərinin ən çox üz tutduqları məkanlardan biri də Mərdəkan çimərlikləridir. Burada azsaylı da olsa istirahət edənlər var.

Vətəndaşların istirahətinin təşkili üçün çimərlik ərazilərinə oturacaq qoyulub və girişlərdə dezinfeksiyaedici məhlullar yerləşdirilib.

Dəniz sahilində bəzi çalışanlardan başqa, demək olar ki, tibbi maskadan istifadə edən yoxdur. Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin əməkdaşları çimərliyə nəzarət edirlər.

İstirahət edənlər çimərlikdən razı olduqlarını bildiriblər. Onlar yay mövsümündə “dənizsiz qala bilməyəcəklərini” deyiblər.

https://www.youtube.com/watch?v=swbb4qHAZi0&feature=emb_title

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: