Bağlanan bankların rəhbərləri barəsində araşdırma başladı
Hazırda Azərbaycanda problemli kreditlərin həcmi 2 milyard manata yaxınlaşır. Bir tərəfdən geridönüşü olmayan kerditlərin artması, digər tərəfdən də bəzi bankların ləğvi vəziyyəti daha da çıxılmaz hala gətirib. Bugünədək Əmanətlərin Sığortalanması Fondunun əmanətçilərinə kompensasiya ödədiyi və ləğv prosesində olan 13 bank var. Fond 13 bankın əmanətçilərinə 824 milyon manat kompensasiya ödəyib.
Minval.info-nun Modern.az-a istinadən məlumatına görə, əslində banklardakı problemlərin artmasının səbəbi geridönüşü olmayan kreditlər deyil, vaxtilə banklara rəhbərlik etmiş şəxslərin şəxsi istifadə üçün götürdükləri kreditlərdir. Məsələ burasındadır ki, bank rəhbərləri özlərinə aldıqları daşınar və daşınmaz əmlak üçün ayrı-ayrı şxəslərin adına kreditlər götürüb. Banklar bağlandıqdan sonra isə kerditi ödəməkdən imtina ediblər. Kreditlər isə adı rəsmiləşdirilən vətəndaşın boynunda qalıb.
Hüquq-mühafizə orqanlarından Modern.az-a verilən məlumata görə, hazırda ləğv prosesində olan banklarla bağlı ciddi araşdırmalar aparılır və yaxın günlərdə bu məsələlərin nəticəsi olaraq cinayət işinin başlanacağı gözlənilir.
Xatırladaq ki, ləğv prosesində olan banklar aşağıdakılardır:
“Royalbank” ASC
“Yunayted Kredit Bank” ASC
“Bank of Azerbaijan” ASC
“Gəncəbank”
“Texnikabank” ASC
ƏLAQƏLİ
Qeyri-neft-qaz özəl sektorda əmək haqları mərhələli şəkildə vergiyə cəlb ediləcək
“Parabank” ASC
“Zaminbank” ASC
“Kredobank” ASC
“Dekabank” ASC
“Atrabank” ASC
“Qafqaz İnkişaf Bankı” ASC
“Bank Standard”
“Dəmirbank” ASC
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Azərbaycan mərkəzi bankının valyuta məzənnələri (31.07.2026)
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR