AZTV-yə müsahibə verən koronavirus xəstəsi öldü - VİDEO
Azərbaycanda 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1961-ci il təvəllüdlü iki nəfər vəfat edib.
“MediaPost”un əldə etdiyi məlumata görə, onlardan biri Hacı İlham Şükür oğlu Əsgərovdur. İ.Əsgərov bir neçə gün öncə AZTV-yə müsahibəsində səhhətində müsbətə doğru dəyişikliyin olduğu ilə bağlı məlumat verib.
İlham Əsgərov 1961-ci il sentyabrın 5-də anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Cəlilabad rayonunun Alar kəndində dil-ədəbiyyat müəllimi işləyirdi. Müntəzəm olaraq mətbuatda şeir və hekayələrlə çıxış edirdi, ədəbi proses haqqında tənqidi məqalələr yazırdı. Hacı İlham Əsgərov publisistik yazılarında həmişə cəmiyyəti düşündürən ciddi problemləri qaldırırdı.
https://www.youtube.com/watch?v=4fBtzwcy-70&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putin FIFA prezidenti ilə top çilədi – VİDEO
Azərbaycanda restoran yandı - Video
Çimnaz Sultanovadan erotik hərəkətlər - VİDEO
Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilərin görüntüləri - VİDEO
Bakıda narkotik istifadəçisi DƏHŞƏTLİ FAKTLARI AÇIQLADI - VİDEO
Rəqqasə Renkanın ehtiraslı rəqsi izlənmə rekordu qırır - VİDEO
Yeni baş nazirimiz Novruz Məmmədov "Fransız" filmində - VİDEO