Populyar bolqar müğənni Azis Azərbaycana gəlir.

Minval.info xəbər verir ki, əsl adı Vasil Boyanov olan 44 yaşlı ifaçı Bakıda konsert verəcək. Onun musiqili gecəsi iyulun 3-u “Elektra Events Hall”da reallaşacaq.

Qeyd edək ki, sənətçi 2015-ci ildə paytaxtda iki konsert proqramı ilə çıxış edib.